Saytımızı qiymətləndirin


 
 

49 xarici QHT-dən Azərbaycan və Ermənistan QHT-lərinə həmrəylik MESAJI
Tarix: 31-01-2024 | Saat: 15:47
Bölmə:Karusel / Dünya | çapa göndər

49 xarici QHT-dən Azərbaycan və Ermənistan QHT-lərinə həmrəylik MESAJI

 

22 ölkədən 49 QHT və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb.

 

Qarabaginfo.az xəbər verir ki, onlar Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir.

 

Bəyanatda deyilir ki, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur.

 

O da qeyd olunur ki, yaxın zamanda COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir.

 

Bəyanatda Ermənistan hökuməti və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətlər həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırılır. Xarici QHT-lər Amuldağ mədənində işlərin dərhal dayandırılması ilə bağlı Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının müraciətinə həmrəy olduqlarını da bəyan edirlər.

 

Son vaxtlar Azərbaycan QHT-lərinin bəyanatlarının xarici ölkələrdə, o cümlədən Ermənistandan ciddi rezonans doğurması müşahidə edilir. Xarici QHT-lər Ermənistandan ekoloji öhdəliklərini yerinə yetirməyi tələb edirlər:

 

İmzalar:

  1.  

Məryəm Daneş

Vaşinqton və Li Universiteti, ekofəal

ABŞ

  1.  

Aleksandr Eames

Planet 2030 təşkilatı

Birləşmiş Krallıq

  1.  

Saurab Kumar

YOUNGO – BMT-in Gənc İqlim Çempionları

Hindistan

  1.  

Patsi Stillo

“Partners in Health” təşkilatı

ABŞ

  1.  

Şəmsiyə Kukanbekova

Stop TB Tərəfdaşlığı

Tacikistan

  1.  

Kristina Zhorayeva

“AFEW”

Qazaxıstan

  1.  

Manoj Prabhu

“Dure”

İsveçrə

  1.  

Erna Yasareviç

“Dostluq körpüləri”

Bosniya və Herseqovina

  1.  

Met Qarnet

Miçiqan Universiteti, eko-fəal

ABŞ

  1.  

Qleb Yevqeniy

“MADI”

Rusiya

  1.  

Nikolay Russu

“Gənc Baxış”

Moldova

  1.  

Fernando Sançes

“Braziliya Tibb Bacıları” Assosasiyası

Braziliya

  1.  

Prof.Dr.Ejaz Khan

İctimai Səhiyyə və Epidemiologiya üzrə Səhiyyə Xidmətləri Mərkəzi

Pakistan

  1.  

Mohmad Hüseyn Lon

Beynəlxalq İnsan Hüquqları Komissiyası

İsveçrə

  1.  

Əhməd Hudu Abdullahi

Afrihealth Optonet Assosasiyası

Nigeriya

  1.  

Karm Sitro

“Partners in Health” təşkilatı

ABŞ

  1.  

Ermin Yasareviç

“Dostluq körpüləri”

Bosniya and Hersegovina

  1.  

Naomi NguemadciIbaue Dabot

“ONG” Çad İqliminin Yaşıl Akademiyası

Çad

  1.  

Kristina Yakama

“Yaxşı Səhiyyə İcma Təşəbbüsü” Qrupunun rəhbəri

Keniya

  1.  

Konadu

“Altar” İnam Fondunun rəhbəri

Qana

  1.  

Peter Owiti

“Wote” Gənclərin İnkişafı Təşkilatının direktoru

Keniya

  1.  

Zeki Kılıçaslan

İstanbul Vərəm Savaş Dərnəyi

Türkiyə

  1.  

Sergey Uçayev

“Ishonch və Hayot”

Özbəkistan

  1.  

Stiven Anquva Şikoli

Kenyanın Vərəm çempionları Şəbəkəsi

Keniya

  1.  

Şəmsəddin Kuzəçi

Kərkük Mədəniyyəti İctimai birliyi

Türkməneli-İraq

  1.  

Ere Qabriel Erukudi

ətraf mühit üzrə ekspert, ekofəal

Nigeriya

  1.  

Festus Ngisipaan

“Kakuma” Sağlamlıq Təhlükəsizliyi Assosasiyası

Keniya

  1.  

Norman Kagiso Matiting

“TBpeople”

Botsvana

  1.  

Ezekiel Odeoh

Aqro Ətraf Mühit Fermerləri Assosasiyası (AGEFA)

Keniya

  1.  

Endalkchew Fekadu

“VHS” təşkilatı

Efiopiya

  1.  

Əli Iklaqa

“Təbii Eko Paytaxtı” təşkilatı

Nigeriya

  1.  

Gabriel Ekalale

Asegis İcma Şəbəkəsi

Keniya

  1.  

Nişan Çavan

İctimai Səhiyyə üzrə ekspert

Hindistan

  1.  

Alfred Edapal

Lomeds Təşkilatı

Keniya

  1.  

Çarlz Quist

“Carepol” Fondu

Qana

  1.  

Rebekka Abulon

“Asegis” İcma şəbəkəsi

Keniya

  1.  

Filiz Duyar Ağca

Türk Toraks Dərnəyi

Türkiyə

  1.  

Olorun Femi

“Təbii Eko Paytaxtı” təşkilatı

Nigeriya

  1.  

EMERI ELIUD

Beynəlxalq TUBAE Təşkilatı

Keniya

  1.  

Coz Mariya

GEP Fondu

Argentina

  1.  

Lemaya Lumbasi

“A4ek” QHT-si

Keniya

  1.  

Erlina Burhan

Respirator Xəstəliklər üzrə İndoneziya Assosasiyası

İndoneziya

  1.  

Loçuç Yatu

“TODANYATU” İcma-əsaslı Təşkilatı

Keniya

  1.  

Karani Franklin

Loyifam Təşkilatı

Keniya

  1.  

Cozef Ngaukon Açuqa

“Ayok” multi İnkişaf Təşkilatı (AMDO)

Keniya

  1.  

Con Akinnuba

Ekologiya və İcma İnkişaf Mərkəzi

Nigeriya

  1.  

Samuel Iro Tomoro

TUNETAD

Keniya

  1.  

Kolins Mayor Kinyuru

Pamoja TB group

Keniya

  1.  

Cozef Kilonzo

“BİSK” Gənclər təşkilatı

Keniya



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər