Saytımızı qiymətləndirin


 
 

“Ərdoğan həm Zelenski, həm də Putinlə iki dəfə telefonla danışıb“
Tarix: 21-03-2022 | Saat: 22:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Ərdoğan həm Zelenski, həm də Putinlə iki dəfə telefonla danışıb“

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüş, eləcə də Rusiya-Ukrayna böhranındakı son vəziyyətlə bağlı danışıb.

 

 

Bu barədə Qarabaginfo.az “Haber Global”a istinadən xəbər verir. Kalın Türkiyənin bağlı hər iki tərəflə danışıqlar apardığını, Rusiya, Ukraynanın Türkiyəni etibarlı ölkə kimi gördüyünü bildirib.

"Putin deyir ki, danışıq qrupları işlərini tamamlamalıdır. Biz həm Rusiya, həm də Ukrayna tərəfləri ilə işimizi davam etdiririk", - İbrahim Kalın deyib.

"Prezidentimiz Ərdoğan həm Zelenski, həm də Putinlə iki dəfə telefonla danışıb. Niderlandın Baş naziri də sabah Türkiyəyə səfər edəcək. Çərşənbə günü NATO sammiti üçün Brüsselə gedəcəyik. Növbəti addımlar barədə danışacağıq”, - Kalın əlavə edib.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər