Saytımızı qiymətləndirin


 
 

Türkiyə-Ermənistan sərhədi açıldı: “Zəlzələ Qafqazda sülhü bərqərar edəcək”
Tarix: 13-02-2023 | Saat: 17:25
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə-Ermənistan sərhədi açıldı: “Zəlzələ Qafqazda sülhü bərqərar edəcək”

 

“Sərhəd qapılarımızın bağlı olduğu Ermənistandan Türkiyəyə ilk növbədə texniki xilasetmə qrupları gəlib və hazırda humanitar yardım maşınları da yoldadır”. 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında “Kafkasya Stratejik Araştırmalar Merkezi”nin (KAFKASSAM) sədri Hasan Oktay deyib.

O, Türkiyədə baş verən zəlzələdən sonra Ermənistandan bu ölkəyə gedən yardım karvanı, habelə Türkiyə Ermənistan əlaəqlərinin növbəti perspektivindən söz açıb: 

“Fevralın 6-da 10 əyaləti dərindən sarsıdan və 100 kvadrat kilometr ərazidə dağıntılara səbəb olan zəlzələ 14 milyon insanı köməksiz qoyub. Bölgədə fövqəladə vəziyyət elan olunduğu üçün hər ölkədən yardımlar gəlməyə başlayıb. O cümlədən Ermənistandan.

Azərbaycandan Türkiyəyə yardım gəlməsi üçün Azərbaycan maşınları ya Gürcüstan, ya da İran ərazisindən Türkiyəyə girməli idilər. Buna görə də Ermənistan-Türkiyə “Alican” sərhəd qapıları müvəqqəti olaraq açıldı”.

H.Oktay xatırladıb ki, 1999-cu il zəlzələsi Türkiyə-Yunanıstan münasibətlərini düzəldibsə, 6 fevral zəlzələsi də Qafqazda sülhün bərqərar olması istiqamətində bir addımdır:

“Türkiyə 1993-cü ildə Kəlbəcərin işğalından sonra Ermənistanın hərəkətlərinə cavab olaraq, Ermənistanla olan sərhəd qapılarını bağladı. İndi isə Kəlbəcərin işğaldan azad olunub və Ermənistanla sərhəd qapılarının bağlanma səbəbi aradan qalxıb. İstanbulda 3 görüş keçirilib və münasibətlərin normallaşması, qapıların açılması məsələsi müzakirə olunub. 

Azərbaycan-Ermənistan münasibətləri öz müsbət həllini tapacaq. Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında problemin davam etməsindən faydalanan dövlətlərin mövcudluğu regionu günü-gündən yaşayış üçün yararsız edir. Onlar bir tərəfdən Rusiya, digər tərəfdən də İran-Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsindən böyük fayda əldə etməyə ümid edirlər. Bu zəlzələdən sonra müvəqqəti olsa belə, sərhəd qapılarının açılmasının Ermənistan-Azərbaycan sülh danışıqlarına töhfə verəcəyi müşahidə edilir”.



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər