Saytımızı qiymətləndirin


 
 

Putinin prezidentliyə namizədliyi qeydə alınıb
Tarix: 06-02-2018 | Saat: 13:20
Bölmə:Karusel / Dünya | çapa göndər

 


 

putinin prezidentliye namizedliyi qeyde alinib
 

Rusiya Mərkəzi Seçki Komissiyası hazırkı prezident Vladimir Putinin prezidentliyə namizədliyini qeydə alıb.

 

 "Qarabaginfo"un "Apa.az"istinadən verdiyi xəbərə görə, qeydiyyat vəsiqəsi V. Putinin etibarlı nümayəndəsinə təqdim edilib.

 

V. Putin seçkiyə hər hansı siyasi partiyanın namizədi kimi deyil, öz qərarı ilə qatılıb. Qeydiyyat üçün azı 300 min seçicinin imzası tələb olunduğu halda, V. Putinin lehinə 1,6 milyondan çox imza toplanıb. Lakin yoxlanıldıqdan sonra 314 min imza MSK-ya göndərilib. İmza vərəqələri digər sənədlərlə birlikdə yanvarın 19-da MSK-ya təqdim olunub.

 

Qeyd edək ki, prezident seçkiləri martın 18-də keçiriləcək. Artıq Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski və Kommunist Partiyasının namizədi Pavel Qrudinin namizəd kimi qeydə alınıb. Onlar parlament partiyaları tərəfindən irəli sürüldüyü üçün imza tələb olunmurdu. Daha 5 namizəd - Kseniya Sobçak, Qriqori Yavlinski, Maksim Suraykin, Sergey Baburin və Boris Titov qeydiyyat üçün gözləyir



Xəbəri paylaş

639 dəfə oxunub.

Digər xəbərlər