Tarix: 15-08-2021 | Saat: 07:50
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Erməni KİV-də yayılan son məlumata görə Xankəndi şəhərindən ermənilərin çıxışı qadağan olunub.
Qarabaginfo.az xəbər verir ki, bu qərar qondarma rejimlə sülhməramlı missiyanın ortaq addımıdır.
Əgər erməni tərəfinin yaydığı informasiyalara fikir vermisinizsə, Qarabağda qalmış bir iki qoca-quca erməni sülhməramlıların nəzarəti altında qədim Roma qulları kimi sahələrdə çalışdırılır.
Bu hazırda sülhməramlıların nəzarəti altinda olan bütün Qarabağ ərazisində belədir. Sadəcə onlar reportajları zamanı bunu Azərbaycan qoşunlarının yerləşdiyi ərazilərə yaxın məsafə kimi təqdim edirlər. Səbəbi isə çox sadədir, fürsət tapan hər bir erməni Qarabağı həmən tərk etmək istəyir.
Xankəndidə elementar içməli suyun olmaması və bu problemin aylardır ki hətta rusların köməyi ilə həll edilə bilməməsi ermənilərin gələcəyə ümidini üzüb. Onlar Azərbayvan tərəfinin də israrlı münasibətini dərk etdiklərinə görə, Qarabağda qalmağın heç bir perspektiv vəd etmədiyini görürlər.
Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Rayonunu yaratması ermənilərə bir daha sübut etdi ki, Qarabağda ancaq Azərbaycan vətəndaşı kimi yaşaya biləcəklər.
Bütün bunlardan sonra Ermənistan hökuməti və sülhməramlılar qərara alıblar ki, Xankəndidən və Qarabağın digər ərazilərindən çıxış bağlansın.
Bu qadağanı şərtləndirən təbii ki bir çox amillər var:
- 10 noyabr üçtərəfli bəyanatından sonra Qarabağa 60 minə yaxın erməni köçürülmüşdüsə, hazırda onların sayı 20-25 mindir. Əksəriyyət müxtəlif bəhanələrlə şəhəri tərk edib və Abxaziyaya, eləcə də Rusiyaya üz tutublar.
- Bir neçə ay öncə orada yaşayan ermənilər evlərini azərbaycanlılara satmaq istəyirdilər. Qorxuya düşən İrəvan və "Artsax" şəbəkəsi mənzil satışı elanlarını və xaricdən gələn zənglərə cavab verməyi qadağan etdi.
- Ermənilərin sülhməramlı nəzarətilə qurduğu postlarda xidmət etməyə adam tapılmır.
- İrəvanda yataqxanalarda məskunlaşmış erməniləri yerli sakinlər qovmağa çalışsalar da onlar Qarabağa dönmək fikrində deyillər.
Hazırda Xankəndi ermənilər üçün Quantanamoya çevrilib.
Ərazini tərk etmək üçün xüsusi icazə lazımdır, buradan Ermənistana belə xarici ölkəyə gedən kimi xüsusi yoxlamalardan sonra səfər etmək olur.(Bizim.Media
Digər xəbərlər