Türkiyənin Samsun vilayətində gizli cihazla sürücülük imtahanına girən şəxs tutulub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Samsun Polis İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məlumat verib. Belə ki, motosiklet sürmək üçün vəsiqə imtahanı verən 51 yaşlı Mahmut Kamili saxlayıb. Eyni zamanda məktəbə yaxın bir ərazidə gizli mexanizmi idarə edən 53 yaşlı Cəlil Kamil də tutulub.Tutulmuş şəxslərin üzərinə baxıç zamanı 2 mikro qulaqcıq, 1 ədəd kamuflyajlı yaxa kamerası, 2 mobil wifi ötürmə cihazı, 3 mobil telefon, 5 kiçik qulaqlıq batareyası, 4 sim kart, 2 şarj aparatı aşkarlanıb.
Sürücülük imtahanına girərkən saxtakarlıq edən saxlanılan şəxslər “Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzləri Qanununu pozmaq” ittihamı məhkəmə qərarı ilə həbs olunub.