Saytımızı qiymətləndirin


 
 

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Çanaqqala Zəfəri anılıb
Tarix: 18-03-2022 | Saat: 17:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Çanaqqala şəhidləri və "İstiqlal marşı"nın müəllifi Mehmet Akif Ərsoyun xatirəsi anılıb.

Qarabaginfo.az-ın xəbərinə görə, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Gəncənin ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Çanaqqala şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib, Türkiyə Cümhuriyyətinin Himni - "İstiqlal marşı" səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Baş konsul Zeki Öztürk Vətən uğrunda canından keçən Türk və Azərbaycan şəhidlərini yad edib, istiqlal uğrunda aparılan mübarizələrdən bəhs edib, qazanılan zəfərlərin əbədi olmasını diləyib. Konsul Çanaqqala zəfərindən söz açaraq, bu tarixi hadisədən ilhamlanaraq “İstiqlal” marşını qələmə alan dahi şair Mehmet Akif Ərsoyu hörmət və sevgi ilə andığını deyib.

Tədbirdə çıxış edən Gəncə İH-nin başçısı Niyazi Bayramov bildirib ki, Çanaqqala döyüşü Osmanlı dövlətinin möhtəşəm qələbəsi kimi tarixə düşüb, Türk xalqının mübarizlik simvolu kimi əbədiləşib. O, Çanaqqala zəfərinin Türkiyədə olduğu kimi, Azərbaycanda da böyük sevinc və qürurla qeyd edildiyini vurğulayıb. İH başçısı Çanaqqala şəhidlərinə, əsl qardaşlıq nümunəsi göstərərək, Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarına, Vətənin azadlığı uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Tədbirdə iştirak edənlər Çanaqqala döyüşündən bəhs edərək bildiriblər ki, bu döyüş türk əsgərlərinin göstərdiyi mərdlik və cəsarətin rəmzidir. Qeyd olunub ki, Çanaqqala döyüşü Türkün zəfər dastanı olaraq tarixdə əbədi qalacaq.

Daha sonra Gəncə Uşaq Evinin sakini olan uşaqlar Mehmet Akif Ərsoyun müəllifi olduğu "İstiqlal marşı"nı səsləndiriblər.

Tədbirin sonunda Mehmet Akif Ərsoyun həyatından bəhs edən sənədli film, Çanaqqala döyüşü və Çanaqqala şəhidlərinə həsr edilən videoçarx nümayiş etdirilib.



Xəbəri paylaş

1277 dəfə oxunub.

Digər xəbərlər