Saytımızı qiymətləndirin


 
 

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”
Tarix: 23-10-2026 | Saat: 14:47
Bölmə:Karusel / Dünya | çapa göndər

tramp cixis

ABŞ Prezidenti Donald Tramp iyun ayında 80 yaşını tamamlamasına baxmayaraq, özünü yaşlı insan hesab etməkdən imtina edib.

“Burada yaşlı insanlar var? Mən qoca deyiləm, yox. Mənə 40-dan bir az çox yaş verərsiniz. Özümü həmin yaşda olduğum kimi hiss edirəm”, – deyə Tramp Ayova ştatında tərəfdarlarına müraciət edərkən bildirib.

Tramp əlavə edib ki, idarki qabiliyyətlərin qiymətləndirilməsi üzrə testdən üç dəfə uğurla keçib.

“Düşünürəm ki, prezidentliyə namizəd olan hər kəs koqnitiv testlərdən keçməyə borclu olmalıdır”, – ABŞ prezidenti vurğulayıb.



Xəbəri paylaş

45 dəfə oxunub.

Digər xəbərlər