Saytımızı qiymətləndirin


 
 

Milli Hematologiya və Transfuziologiya Mərkəzi vətəndaşlara müraciət edib
Tarix: 24-08-2020 | Saat: 10:38
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Aşura günündə qan verən 289 nəfərdə təhlükəli infeksiya aşkarlanıb - QİÇS, Hepatit B, Hepatit C

Milli Hematologiya və Transfuziologiya Mərkəzi vətəndaşlara müraciət edib. 

Mərkəzdən Qarabaginfo.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, bu il Məhərrəm ayının 10-u – Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir. Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövründə keçirilir: “Bundan öncəki illərdə vətəndaşlarımız Aşura günlərində məscidlərə gedərək qanvermə aksiyalarında iştirak edirdilər. Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizdə karantin rejiminin tətbiqi ilə bağlı qərarın tətbiqinə başlanan ilk günlərdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələri nəzərə alaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar qəbul edib. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin bu il Aşura günü ilə bağlı qərarında deyilir ki, vətəndaşlarımız bu il də humanist ənənəni davam etdirərək, Aşura günündə pandemiya səbəbindən məscidlərdə deyil, Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər.

Mərkəzi Qan Bankı olaraq vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirik ki, müəssisəmizdə mütəmadi olaraq profilaktik dezinfeksiya və digər zəruri təhlükəsizlik tədbirləri görülür”.

Müraciətdə daha sonra qeyd edilib ki, qan vermək üçün Mərkəzi Qan Bankı və bölmələrinə gələcək vətəndaşlardan mövcud epidemioloji vəziyyəti nəzərə alaraq fərdi sağlamlıqlarının qorunması məqsədilə sosial məsafə qaydalarına riayət etmələrini, qoruyucu tibbi maskalardan istifadə etmələri xahiş olunub. 

 



Xəbəri paylaş

504 dəfə oxunub.

Digər xəbərlər