Fevralın 28-də cəbhədə Ukrayna Silahlı Qüvvələri ilə Rusiya ordusu arasında 99 hərbi toqquşma baş verib.
Qarabaginfo.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın səhər saatlarında verdiyi məlumata görə, Kupyanski istiqamətində Xarkov vilayətinin Sinkovka və Tabaevka yaşayış məntəqələri ərazilərində Rusiyanın 2 hücumunu dəf ediblər.
Liman istiqamətində Donetsk vilayətinin Ternı, Yampolovka və Luqansk vilayətinin Beloqorovka yaşayış məntəqələri ərazilərində döyüşlər gedib, 12 hücum dəf edilib. Donetsk vilayətinin İvanovskoye və Klişeevka yaşayış məntəqələrinin Baxmut istiqamətində daha 9 uğursuz hücum cəhdi olub.
Avdeyevka istiqamətində Rusiya Ukrayna mövqelərinə təzyiqləri davam edir. Gün ərzində Donetsk vilayətinin Berdiç, Orlovka, Tonenkoye, Pervomayskoye, Nevelskoye yaşayış məntəqələri ərazilərində 25 hücum dəf edilib. Donetsk vilayətinin Krasnoqorivka, Georgiyevka, Novomixaylovka və Urojaynı rayonlarında Rusiya Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini 38 dəfə yarmağa cəhd edib.