Saytımızı qiymətləndirin


 
 

“Onlarla terrorçu kimi davranaraq, məhv etmək lazımdır” – Keçmiş nazir 
Tarix: 07-03-2023 | Saat: 14:13
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Onlarla terrorçu kimi davranaraq, məhv etmək lazımdır” – Keçmiş nazir 

 


“Hazırda Qarabağdakı ermənilərin başında duranlar separatçı deyillər. Onlar İrəvanın bölgədəki siyasi alətləridir. Bunların siyasi məqsədləri isə “Miatsum” – Qarabağın Ermənistana birləşməsi adlanan hərəkata bağlıdır. Buna isə separatizm yox, irredentizm deyilir. Bu, italyancadan gələn sözdür və mənası özünə birləşdirmək deməkdir. Ona görə də biz Qarabağ ermənilərinə separatçı kimliyi verəndə istər-istəməz onların modelini qəbul etmiş sayılırıq”.

qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya məsələsində əngəl törətməyə çalışan separatçı qurum təmsilçilərinin səsləndirdiyi bəyanatlara münasibət bildirib.

Xatırladaq ki, tanınmamış “DQR”in “prezidenti” Araik Arutyunyan son çıxışında bir daha söyləyib ki, Qarabağdakı separatçı qurum Azərbaycan hakimiyyətini qəbul etməyəcək və onlar “mübarizə” aparmaqda davam edəcəklər.

Öz növbəsində, T. Zülfüqarov qeyd edib ki, hazırda Qarabağ ermənilərində xüsusi bir prinsip mövcuddur:

“Bunun adı “millətlərin öz müqəddəratını həll etmək hüququ”dur. Hesab edirəm ki, mediamız bu məsələdə daha həqiqətə uyğun bir terminologiyanı istifadə etməli və onların əsl məqsədlərini ifşalamalıdır”.

Eks XİN rəhbərinə görə, biz yaxşı başa düşməliyik ki, indiki mərhələdə bölgədə yaşayan ermənilərin arasında təxminən 3 qrup var:

“Birinci qrup qərar verib ki, onlar qalıb Azərbaycanın tərkibində yaşaya bilərlər; İkinci qrup isə belə fikrə gəlib ki, artıq məğlub olublar, Azərbaycanın tərkibində yaşamaq istəmirlər və öz mülkünü satıb çıxıb getməyə hazırdırlar. Üçüncü qrupun düşüncəsi isə bundan ibarətdir ki, onlar müqavimət göstərməli, hətta hərbi üsullardan da istifadə etməlidirlər. Məhz bu qrupun təmsilçisi də Kreml tərəfindən bölgəyə yollanılan Ruben Vardanyan olub”.

Politoloq iddia edib ki, onun tərəfdarları bu gün də Qarabağda mövcuddur:

“Bu adamlar isə İrəvanın siyasi alətləridir. Bunlarla danışıqlar aparmaq da heç bir nəticə verməyəcək. Düşünürəm ki, Azərbaycan tərəfi səsləndirdiyim birinci və ikinci qrupla öz siyasətini davam etməlidir. Birinci qrupa məlumat verilməlidir ki, əgər onlar Azərbaycan qanunlarını qəbul etsələr, digər vətəndaşlar kimi, onların da hüquqları olacaq. O cümlədən onların bölgədə olan mülkiyyəti Azərbaycan qanunlarına uyğun olaraq qeydiyyatdan keçəcək və onlar gələcəkdə bunun sahibi olacaqlar. Bu qrupla işləmək üçün imkanlarımız var. Hansısa nəticəni əldə etmək də mümkündür. Biz bu təbəqə ilə işi davam etdirməliyik”.

“O ki qaldı radikallara, onlar hər bir yerdə terrorçular adlandırılır. Bunlara da terrorçu kimi davranaraq, məhv etmək lazımdır. Necə ki bəzi məqamlarda bunların məhv edilməsi prosesinin başlandığını görmüşük. Qısası, kim qanunlarımıza tabe olmursa, birmənalı məhv olunmalıdır. İstənilən ölkədə də belə bir qayda mövcuddur”, – müsahibimiz fikirlərini tamamlayıb.



Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər