Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının yaradılması məqsədi ilə Baş Assambleyanın təsis iclası keçirilib
Tarix: 02-02-2024 | Saat: 10:59
Bölmə:Karusel / İdman | çapa göndər
1371 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-02-2024 | Saat: 10:59
Bölmə:Karusel / İdman | çapa göndər

1 fevral 2024-cü il tarixində Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar Baş Assambleyanın iclası keçirilib.
İclasda Almaniya, Argentina, Avstraliya, Azərbaycan, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Çexiya, Fransa, Qazaxıstan, Qırğızıstan, Malta, Macarıstan, Mərakeş, Nigeriya, Özbəkistan, Polşa, Slovakiya və Türkiyədən nümayəndə heyətləri iştirak edib.
Baş Assambleyanın iclasında Federasiyanın nizamnaməsi və çövkən qaydalarına baxılıb, komitələr və regional qrupların yaradılması, iştirakçı dövlətlərdə çövkənin inkişafı ilə əlaqədar müzakirələr aparılıb.
İclasda keçirilmiş seçkilərdə səsvermənin nəticələrinə uyğun olaraq Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti, Polşanın nümayəndəsi Maciej Michal Olbrych isə Baş katib seçilib.
Baş Assambleyanın 2 fevral tarixində keçiriləcək növbəti və yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub.




Xəbəri paylaş
Digər xəbərlər
3-11-2022, 15:12
Kreml Rusiyada ölüm hökmünün tətbiqinə münasibət bildirdi
5-06-2024, 07:31
Qaluzin: “Ermənistan XİN və MN vasitəsilə Rusiya ilə təmaslardan yayınmağa başlayıb”
2-06-2022, 11:07
Yaz semestrində kredit verilən tələbələrin sayı açıqlanıb
15-01-2025, 17:15
Ötən il Bakıda 1 prokurorluq əməkdaşı vəzifədən azad edilib, 15 nəfərə xəbərdarlıq olunub
14-02-2022, 10:54
Azərbaycanda yol qırğını - 8 nəfər öldü
23-08-2022, 16:27
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb, helikopter cəlb olunub
19-09-2022, 14:11
Azad olunan ərazilərdə daha 201 mina aşkarlanıb


















