Saytımızı qiymətləndirin


 
 

Göyçayda evdə partlayışla müşayiət olunan yanğın baş verib - FOTO
Tarix: 07-02-2022 | Saat: 20:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Göyçayda evdə partlayışla müşayiət olunan yanğın baş verib - FOTO

Göyçay rayonunda fərdi yaşayış evində qaz sızması nəticəsində baş verən partlayış yanğına səbəb olub.

Qarabaginfo.az-ın xəbərinə görə, hadisə bu gün axşam saat 19:00 radələrində Göyçay şəhərinin Şakərəm Əhmədov küçəsindəki 12 saylı mənzildə qeydə alınıb.

Rayon sakini İslam Əliyevə məxsus mənzilin su qızdırıcısındakı nasazlıq nəticəsində ona yaxın məsafədə yerləşən qaz sayğacında partlayış baş verib. Beş metr hündürlüyə qalxan alov evin çardaq hissəsində yanğına səbəb olub.

Dərhal hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub, qısa müddətdə alovun qarşısı alınıb, ev yanğından mühafizə edilib. Küçənin qaz xəttində və sayğacda baş verən yanğının söndürülməsi üçün tədbirlər görülüb, su şırnaqları vasitəsilə alovun yenidən evə keçməsinin qarşısı alınıb.

Hadisə yerinə təcili tibbi yardım stansiyasının işçiləri gələrək partlayış zamanı qorxu və həyəcan keçirən insanlara tibbi yardım göstəriblər.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (apa.az)



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər