Saytımızı qiymətləndirin


 
 

Azər Fərəcov: Bu il ADY ilə 3,3 milyona yaxın sərnişin daşınıb
Tarix: 12-06-2024 | Saat: 17:37
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azər Fərəcov: Bu il ADY ilə 3,3 milyona yaxın sərnişin daşınıb

Bu ilin 5 ayında şəhərətrafı və ölkədaxili marşrutlarla 3,3 milyona yaxın sərnişin rahat və təhlükəsiz mənzilbaşına çatdırılıb. Ötən ilə baxdıqda isə 2023-cü ildə ilk dəfə olaraq il ərzində 7 milyon sərnişin daşınıb.

Qarabaginfo.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

O bildirib ki, bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə iki dəfədən çoxdur. Hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə iş günləri 30 minə yaxın, ölkədaxili reyslərimiz üzrə isə aylıq 29 minə yaxın sərnişin təhlükəsiz və etibarlı şəkildə ünvana çatdırılır.

Doluluq səviyyələrinə gəldikdə isə hazırda Bakı–Ağstafa–Bakı marşrutu üzrə orta hesabla doluluq 91 faiz, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 58 faizdir. Qeyd edim ki, Qəbələ istiqamətində 2023-cü ildə orta doluluq 51 faiz olub, yay mövsümünün başlaması ilə əlaqədar doluluq səviyyəsində ciddi artım müşahidə olunur.

Bundan başqa, ölkədaxili marşrutlar üzrə xarici turistlərin səfər statistikasında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunur. Təkcə bu ilin may ayında 1800-dən çox xarici turist daşınıb. ADY hazırda turizm agentlikləri və qonaqlama mərkəzləri ilə sıx əməkdaşlıq edərək xarici turistlərin dəmiryol marşrutları ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına çalışır.

Əminəm ki, ADY-nin yeni alınmış qatarlarının istismara cəlb olunması sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi və statistik nəticələrin artımına səbəb olacaq.



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər