Saytımızı qiymətləndirin


 
 

Putin Ermənistana Qarabağla bağlı açıq mesaj verdi - Erməni politoloq
Tarix: 28-10-2022 | Saat: 12:11
Bölmə:Karusel | çapa göndər

Putin Ermənistana Qarabağla bağlı açıq mesaj verdi - Erməni politoloq

Vladimir Putin Ermənistana açıq şəkildə bildirdi ki, Rusiya Qarabağın statusu ilə bağlı bəzi hərəkətlərə hazırdır.


Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə erməni politoloq Vigen Akopyan Rusiya prezidenti Vladimir Putinin “Valday” klubunda Qarabağla bağlı açıqlamalarını şərh edərkən deyib.
 

Akopyanın sözlərinə görə, Putin göstərməyə çalışıb ki, əgər erməni xalqı və onun rəhbərliyi Qarabağın suverenliyindən imtina edən sənədi imzalamaq istəyirsə, bu, Ermənistan hakimiyyətinin və xalqının güzəşti olacaq, çünki xalq bu hakimiyyəti seçib. Əgər xalq buna razı deyilsə, o zaman öz sözünü deməlidir, Rusiya xalqın və onun rəhbərliyinin dəstəklədiyini dəstəkləməyə çalışacaq.


“Əgər Qarabağın statusu məsələsi Ermənistan xalqı və hakimiyyəti üçün vacibdirsə, o zaman Rusiya bu məsələdə hansısa addımlara hazırdır, çətin olsa da, Azərbaycana hansısa təsir olmadan bu, ola bilməz. Amma əgər erməni tərəfinin “Vaşinqton sənədi”ndən imtina etmək istəyi varsa, o zaman Rusiya dəstəyə hazırdır”, - Akopyan belə hesab edir.


"Mənim təəssüratlarıma görə, Soçidə gözlənilən görüş çətin ki, məsələlərə aydınlıq gətirsin, çünki iki-üç gün ərzində danışıqlara yanaşmaları dəyişmək çətindir. Ona görə də deklarativ bəyanatlar verilə bilər", - Akopyan bildirib.


Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin “Rusiya variantı” Qarabağla bağlı müzakirələrdən imtina etmir. O, bunu Rusiya prezidenti Vladimir Putinin Valday klubunun iclasındakı bəyanatını şərh edərkən bildirib.


"Bu bəyanat o deməkdir ki, sülh sazişinin “Rusiya variantı”nda Moskva Qarabağla bağlı müzakirələrdən imtina etmək niyyətində deyil, məsələ indi təxirə salınır. Mən şəxsən bunu müsbət hesab edirəm", - Manukyan bildirib.


Onun sözlərinə görə, Rusiya regiondan çıxacağı təqdirdə Qərb qüvvələri Ermənistanı Azərbaycan və Türkiyədən müdafiə etməyəcək.
 

Manukyanın fikrincə, siyasətdə qüvvələr balansı olmalıdır, yəni Ermənistan müxtəlif ziddiyyətli ölkələrlə əməkdaşlıq etməlidir. Yalnız bundan sonra o, azad ola bilər.
 

Ötən gün “Valday” klubunun iclasında çıxış edən Rusiya prezidenti bildirib ki, sülh müqaviləsinin “Vaşinqton variantı”nda Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınması nəzərdə tutulur. Eyni zamanda, Moskva Ermənistana heç nə diktə edə bilməz və etməyəcək. Putin qeyd edib ki, Ermənistan Rusiyanın strateji tərəfdaşı və müttəfiqidir və Moskva “Azərbaycanın maraqlarını nəzərə alaraq” Ermənistanın özünün nə təklif edəcəyinə diqqət yetirəcək.


Oktyabrın 31-də Soçidə Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüş keçirləcək.



Xəbəri paylaş

131 dəfə oxunub.

Digər xəbərlər
20-05-2022, 13:00 Sabah yağış yağacaq