Saytımızı qiymətləndirin


 
 

Bakıda kişini narkotik satmadığına görə döydülər
Tarix: 07-04-2022 | Saat: 13:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Bakıda kişini narkotik satmadığına görə döydülər

 


Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşazadə aprelin 4-də bir nəfərin onu Sabunçu qəsəbəsi ərazisində yerləşən evə apararaq 2 gün orada saxlayıb narkotik vasitələr satmasını təklif etdiyini, razı olmadıqda isə mobil telefonunu alıb digər şəxslə birlikdə döyüb videoçəkiliş aparmalarını və buraxılması müqabilində 2000 manat pul tələb etmələrini bildirib. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Etibar Rzayev və  Valeriy Şuşkov müəyyən edilərək saxlanılıblar.

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

1 312 dəfə oxunub.

Digər xəbərlər
12-11-2021, 12:28 Çavuşoğlu İrana gedir