Saytımızı qiymətləndirin


 
 

Zelenski: Ukraynanın iştirakı olmadan qəbul ediləcək heç bir razılaşmanı tanımayacağıq
Tarix: 17-02-2025 | Saat: 16:21
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Vladimir Zelenski

 

“Ukraynanın iştirakı olmadan Səudiyyə Ərəbistanında qəbul ediləcək heç bir razılaşmanı tanımayacağıq”.

Qarabaginfo.az “Interfax-Ukraine” portalına istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanında Rusiya və ABŞ rəsmiləri arasında görüşü şərh edərkən deyib.

O bildirib ki, danışıqların detalları barədə məlumatı şəxsən bu ölkənin baş naziri Məhəmməd bin Salmandan öyrənəcək.

V. Zelenski eyni zamanda BƏƏ-yə səfəri zamanı neftin qiymətinin azaldılması məsələsini də qaldıracağını deyib. Ukrayna lideri əlavə edib ki, buna yalnız ABŞ lideri Donald Tramp nail ola bilər:

“Mən buna kimin nail olacağını bilmirəm. Hesab edirəm ki, neftin qiymətinin azaldılması üçün kifayət qədər resurslara məhz rəsmi Vaşinqton daxildir. Məncə o, qarşısına məqsəd qoysa, buna nail olacaq”.



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər