Saytımızı qiymətləndirin


 
 

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub, açarlar təqdim olunub - FOTO
Tarix: 22-09-2026 | Saat: 12:57
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub, açarlar təqdim olunub - FOTO

Sentyabrın 22-də Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, bu mərhələdə 136 nəfərdən ibarət 35 ailə doğma torpaqlarına qayıdıb. Köç çərçivəsində Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalı rayonunun Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə isə 4 ailə – 9 nəfər köçürülüb.

Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı davam etdirilir.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər
27-03-2021, 08:55 Xəzərdə zəlzələ olub


Dünən, 21:36Günün fotoları...