
Türkiyənin müxalifət partiyası prezident seçkisində Ərdoğanın namizədliyini dəstəkləyəcək
Tarix: 08-01-2018 | Saat: 14:38
Bölmə:Karusel / Dünya | çapa göndər
777 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-01-2018 | Saat: 14:38
Bölmə:Karusel / Dünya | çapa göndər
“Prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləmək barədə qərar qəbul edəcəyik”.
"Qarabaginfo" “Report”a istinadən xəbər verir ki, bunu müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Ankarada keçirdiyi mətbuat konfransında deyib.
Ölkənin Böyük Millət Məclisində təmsil olunan dörd partiyadan biri olan və 2002-dən indiyədək hakim Ədalət və İnkişaf Partiyasına qarşı müxalifət mövqeyindən çıxış edən D.Bahçeli bildirib ki, MHP prezidentliyə namizəd irəli sürməyəcək: “Konstitusiya islahatı ilə bağlı referendumda birlikdə hərəkət etdik. Bunun Türkiyənin xeyirinə olacağına inanırdım və nəticəsi də gözlədiyimiz kimi oldu. Prezident seçkisində də bir mövqedən çıxış etməyin Türkiyənin xeyrinə olacağını düşünürəm.
MHP-nin prezidentliyə namizdi yoxdur, partiyanın sədri namizəd olmayacaq. MHP parlament seçkilərində ya ittifaq halında, bu olmazsa, özü təkbaşına iştirak edəcək. Prezident seçkisində isə Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyi qərara alacağıq”.
Qeyd edək ki, Türkiyədə prezident seçkisinin 2019-cu il noyabrın 3-də keçiriləcəyi gözlənilir.
Xəbəri paylaş
Digər xəbərlər
22-05-2026, 07:19
ABŞ Polşaya əlavə 5000 hərbçi göndərəcək
20-09-2021, 17:07
İki mülki erməni geri qaytarılıb - RƏSMİ
27-02-2024, 17:13
Bakı Təşəbbüs Qrupu petisiya başladıb
7-01-2023, 11:37
Rusiya sülhməramlılarının maşınları Laçın yolundandan keçdi
21-07-2023, 12:46
Şənbə gününün HAVASI: 38 dərəcə isti olacaq
31-07-2026, 13:01
Seutada miqrant böhranı dərinləşir: 18 nəfər ölüb, son sutkada 49 min nəfər sərhədi keçib
14-01-2022, 12:44
Pensiyaların artımla nə vaxt veriləcəyi AÇIQLANDI
14-12-2020, 11:51
Cəbrayıl rayonunun Əmirvarlı kəndindən videoreportaj
26-01-2022, 14:50
İran Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
2-07-2021, 21:28
Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı tapşırdı

















