Saytımızı qiymətləndirin


 
 

Kəlbəcərin kəndində qanunsuz məskunlaşmış ermənilərə 22 yeni ev verildi...-VİDEO 
Tarix: 02-06-2021 | Saat: 14:30
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Kəlbəcərin kəndində qanunsuz məskunlaşmış ermənilərə 22 yeni ev verildi...-VİDEO 
Şuşadan, Hadrutdan köçərək Kəlbəcərdə yeni ev aldılar... 
 
Hələ bu ilin fevral ayında xəbər verdiyimiz kimi, inzibati-hüquqi cəhətdən Azərbaycanın Kəlbəcər rayonuna aid olan Kolatağ kəndində Milli Ordumuzun müzəffər savaşından sonra işğaldan azad olunmuş digər ərazilərimizdən köçmüş erməni ailələri üçün yeni evlər tikilməyə başlanıb.
 
Qarabaginfo.az xəbər verir ki, “Civil_NET” erməni nəşrinin yaydığı məlumata görə, erməni “xeyriyyəçi” Ayk  Maqakelyanın maliyyə dəstəyi sayəsində bu Azərbaycan kəndində tikilmiş yeni  24  evdən 22-i artıq köçkün(?) ermənilərin istifadəsinə verilib.
 
Nəşrin müxbirləri Kəlbəcərin Kolatağ kəndində olub və  Şuşadan, Hadrutdan köçərək burada yeni evlər almış ermənilərlə söhbət edib.
 
 
Zəruri məlumat:
 
1992-ci ilədək Ağdərə rayonuna daxil olmuş Kolatağ kəndi Qırxqız dağ silsiləsindən axıb Xaçınçay çayına tökülən eyniadlı çayın sol sahilində, Xocalı rayonu ərazisindəki 1706 metr dağ yüksəkliyindən 3 km məsafədə yerləşir.  Kəndin adının əsli Kolətəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır. 
Kənd 1993-cü ilin yayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. (Moderator.az)
 


Xəbəri paylaş

1348 dəfə oxunub.

Digər xəbərlər