Saytımızı qiymətləndirin


 
 

“8 ildir işləmirəm, hər şeyimi satmışam”
Tarix: 22-06-2020 | Saat: 10:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

“8 ildir işləmirəm, hər şeyimi satmışam”

Aparıcı İlham Mirzəyev müflis olduğunu açıqlayıb. “Qarabaginfo" xəbər verir ki, bu barədə o, “Bizimləsən” proqramında məlumat verib.

İ. Mirzəyev bildirib ki, ev, maşın, qızıllarını satıb: “Nəyimiz varsa, satıb yeyirik. Bütün əşyalarımızı, qızıl-gümüşümüzü satdıq. Hazırda evimizdə heç kim işləmir.  Vəziyyət demək olar ki, 7-8 ildir belədir. Bu illər ərzində əynimə paltar da almamışam. Açıq etiraf edirəm. Maşınlarımı da satmışam, cəmi bir dənə qalıb, o da alıcısını gözləyir.

Televiziya sahəsində çalışmışam, ancaq orada işləyə bilərəm. Psixoloq olduğum üçün başıma oyunlar gəldi. İlk dəfə klinikanı mən açmışdım. İndi o da yoxdur. Hətta “211”lə başlayan nömrələrimi də satdım. Nə etməliyəm? Aciz deyiləm, kiminsə qapısını döyüb pul istəmirəm. Hər qara günün bir işıqlı anı olur.

İki övladım, bir xəstə anam, ailəm var. Anam qol və gözlərindən əməliyyat olundu. Oğlum Türkiyədə universitetə qəbul oldu. Şükür ki, burs qazandı”.

Qafqazinfo.az



Xəbəri paylaş

426 dəfə oxunub.

Digər xəbərlər