Saytımızı qiymətləndirin


 
 

“Yeni ştam həddən artıq zəifdir” - Teymur Musayev
Tarix: 09-04-2022 | Saat: 10:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Koronavirusun Çində aşkarlanan yeni variantı həddən artıq zəifdir.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

 

Nazir bildirib ki, virusun yoluxuculuğu "Omikron"dan daha yüksək ola bilər, amma törətdiyi xəstəlik daha zəifdir:

 

"Bilirsiniz ki, Sars-Cov-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştammlar peyda olub. Biz hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını heç kəs öncədən bilə bilməz. Sevindirici haldır ki, "Omikron"dan sonra başlayan son bir neçə mutasiyada virusun yoluxuculuğu zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı, demək olar ki, çox nadir hallarda baş verir. Ona görə ümid bəsləyirdik ki, pandemiya sona doğru inkişaf edir. Çində bir çox ölkələrdən fərqli olaraq "sıfır COVID" rejimi ana xətt kimi qəbul olunub. Yəni, istənilən kiçik saylarla belə qeydə alınan yoluxmalar icma və şəhərlərdə tam qapanmaya gəririrdi. Yeni ştamın da həmin şəraitdə peyda olması ümumilikdə tibb icmasını kifayət qədər gərginləşdirmişdi. Lakin şükürlər olsun, həmin ştam həddən artıq zəifdir".



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər