Saytımızı qiymətləndirin


 
 

Putin Rusiya ordusunu nüfuzdan salan feyklərə görə cəzanı nəzərdə tutan qanunu imzalayıb
Tarix: 05-03-2022 | Saat: 00:42
Bölmə:Karusel / Region | çapa göndər

Vladimir Putin

 

Rusiya Prezidenti Vladimir Putin ordunu nüfuzdan salan feyklərə və ölkəyə qarşı sanksiyalara çağırışlara görə cinayət cəzası və böyük cərimələri nəzərdə tutan qanun layihəsini imzalayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, qanun layihəsi Dumanın bu gün keçirilən plenar iclasın qəbul olunub.

Qanuna əsasən RF-nin Cinayət və Cinayət Prosessual məcəllələrinə dəyişikliklər edilir.

Sənəddə qeyd edilir ki, belə bir cinayətə görə azadlıqdan məhrum etmə müddəti 15 ilə qədər ola bilər, əgər feyklər ağır nəticələrə səbəb olarsa.

Rusiya Silahlı Qüvvələri ilə bağlı qəsdən yalan məlumatların yayılmasına görə isə aşağıdakı cəzalar nəzərdə tutulub:

- 700.000-dən 1,5 milyon rubla qədər və ya 18 aya qədər müddətə məhkumun əmək haqqı və ya digər gəliri miqdarında cərimə;

- bir ilədək islah işləri;

- üç ilədək müddətə məcburi əmək;

- Eyni müddətə azadlıqdan məhrum etmə.

Qanun layihəsində Rusiyaya qarşı sanksiya çağırışlarına görə də cəza nəzərdə tutulur:

500.000 rubla qədər cərimə və ya üç ilədək müddətə məhkumun əmək haqqı və ya maaşı və ya digər gəliri miqdarında;

- üç ilədək müddətə azadlığın məhdudlaşdırılması;

- üç ilədək müddətə məcburi əmək;

- altı ayadək müddətə həbs;

- iki yüz min rubla qədər miqdarda cərimə və ya məhkumun əmək haqqı və ya əmək haqqı və ya hər hansı digər gəliri miqdarında cərimə olunmaqla və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə.

Rusiya ordusunu diskreditə-nüfuzdan salmağa çağırışlara görə maksimum cəza 15 il azadlıqdan məhrum etmə olacaq.(Apa)



Xəbəri paylaş

1295 dəfə oxunub.

Digər xəbərlər
21-02-2024, 12:04 Antalyada ZƏLZƏLƏ