Tarix: 16-11-2023 | Saat: 12:54
Bölmə:Karusel / Qarabağ / Region | çapa göndər
Qarabağ məsələsi Ermənistanın dövlətçiliyinin möhkəmlənməsinə qarşı bir alət kimi istifadə edilib.
Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışında deyib.
“Qarabağ məsələsində istədiyimizə, ən azı 1996-cı ildə keçirilən ATƏT-in Lissabon sammitindən sonra nail olmaq mümkün deyildi. Bu sammitdə Ermənistan istisna olmaqla konsensusa qoşulanların hamısı rəsmi görüşlərin qapalı hissəsində və ziyafətlərdə bizi Qarabağ məsələsi ilə bağlı istəylərimizin mümkün olduğuna və bunun mütləq baş verəcəyinə inandırdı və bizi hər zaman ruhlandırdı, amma bununla yalnız bir məqsəd güdürdülər - Ermənistan dövlətinin formalaşmasının qarşısını almaq”, - Paşinyan bildirib.
Hökumət başçısının sözlərinə görə, onlar Qarabağ məsələsindən Ermənistan Respublikasının mövcudluğunun de-fakto və ya de-yure dayandırılmasına gətirib çıxaracaq həddə qədər vasitə kimi istifadə ediblər.
"Ən azı 1996-cı ildən Qarabağ məsələsi olmayıb. Ermənistan Respublikası məsələsi var idi. Və 1998-ci il, 27 oktyabr 1999-cu il, 2020-ci və 2023-cü il hadisələri bu kontekstdə nəzərdən keçirilməlidir", - Paşinyan bildirib.
Digər xəbərlər