Ana Sayfa > Karusel / Dünya > Zelenski: Ukraynanın iştirakı olmadan qəbul ediləcək heç bir razılaşmanı tanımayacağıq
Zelenski: Ukraynanın iştirakı olmadan qəbul ediləcək heç bir razılaşmanı tanımayacağıq17-02-2025, 16:21. Yazar: Admin |
“Ukraynanın iştirakı olmadan Səudiyyə Ərəbistanında qəbul ediləcək heç bir razılaşmanı tanımayacağıq”. Qarabaginfo.az “Interfax-Ukraine” portalına istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanında Rusiya və ABŞ rəsmiləri arasında görüşü şərh edərkən deyib. O bildirib ki, danışıqların detalları barədə məlumatı şəxsən bu ölkənin baş naziri Məhəmməd bin Salmandan öyrənəcək. V. Zelenski eyni zamanda BƏƏ-yə səfəri zamanı neftin qiymətinin azaldılması məsələsini də qaldıracağını deyib. Ukrayna lideri əlavə edib ki, buna yalnız ABŞ lideri Donald Tramp nail ola bilər: “Mən buna kimin nail olacağını bilmirəm. Hesab edirəm ki, neftin qiymətinin azaldılması üçün kifayət qədər resurslara məhz rəsmi Vaşinqton daxildir. Məncə o, qarşısına məqsəd qoysa, buna nail olacaq”. Geri dön |