Saytımızı qiymətləndirin


 
 

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin iclası keçiriləcək
Tarix: 21-05-2022 | Saat: 19:58
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin iclası keçiriləcək

Mayın 21-də Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin ölkəmizdə keçiriləcək üçtərəfli birgə iclasının iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə bu ölkə Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirdilər.

Ziyarət zamanı qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər müşayiət ediblər.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Sonda Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib, tər qərənfillər düzülüb.



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər