Saytımızı qiymətləndirin


 
 

Pakistan ordusunun komandanından İranın ali rəhbərinə xüsusi məktub ünvanlanıb
Tarix: 07-06-2026 | Saat: 13:33
Bölmə:Karusel / Dünya | çapa göndər

Pakistan ordusunun komandanından İranın ali rəhbərinə xüsusi məktub ünvanlanıb

Pakistanın daxili işlər naziri feldmarşal Asim Munirin xüsusi məktubunu İran tərəfinə təqdim edib.

Qarabaginfo.az-ın Tehran bürosunun məlumatına görə, Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ötən gecə İran və ABŞ arasında vasitəçilik missiyası çərçivəsində Tehrana gəlib və bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Görüş zamanı o, Pakistan ordusunun komandanı feldmarşal Asim Munirin İranın ali rəhbərinə ünvanlanan xüsusi məktubunu Abbas Əraqçiyə təhvil verib.

Nəqvi ötən gecə İranın daxili işlər naziri ilə görüşü kənarında jurnalistlərə açıqlamasında demişdi ki, burada feldmarşal general Asim Munir və Pakistanın baş naziri Şahbaz Şərifin hazırkı vəziyyətlə bağlı xüsusi məktubunu İranın ali rəhbəri Ayətullah Seyid Müctəba Xameneiyə təqdim etmək üçün olduğunu bildirib.

O bu mesajın mühüm bir mesaj olduğunu düşün­düyünü, hər şeyin yaxşılıqla bitəcəyinə ümid etdiyini vurğulayıb.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər