Saytımızı qiymətləndirin


 
 

Qənaət rejimi yayda da davam edəcək - "Azərsu"dan cavab
Tarix: 27-02-2023 | Saat: 10:49
Bölmə:Karusel | çapa göndər

Qənaət rejimi yayda da davam edəcək -

 

Fevral ayından etibarən Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. Bu dəyişiklik səbəbindən Bakıətrafı ərazilərdə içməli suyun verilməsində fasilələr yaranır. Əhali bu vəziyyəti birmənalı qarşılamır. İnsanları qənaət rejiminin nə vaxta qədər davam edəcəyi maraqlandırır.

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı su ehtiyatlarında azalma olduğunu bildirib:

 

“Bu il yağıntılar az olub. "Taxtakörpü" su anbarında suyun səviyyəsi ötən illə müqayisədə çox aşağıdır. Samur çayında da sululuq iki dəfə aşağıdır. Buna görə də, 2020-ci ildə cənab Prezidentin sərəncamı ilə yaradılmış su kommisiyası suyun qənaət qrafikasına keçilməsini geniş şəkildə müzakirə edib. Komissiya üzvləri “Taxtakörpü” su anbarına, Samur çayına baxış keçirirblər. Nəticədə qənaət qrafikinə keçirilməsi, mənbələrdən götürülən suyun azaldılmasına qərar verilib. Ona görə də, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti daha çox primitiv şəbəkələrin üstünlük təşkil etdiyi, su itkilərinin daha çox olduğu, kortəbii xətlərin üstünlük təşkil etdiyi ətraf ərazilərdə, hətta şəhərin bəzi ərazilərində gecə saatlarında suyun verilməsini məhdudlaşdırıb. Bəzi ərazilərdə qrafiklər azaldılıb. İndi 10 saat su alan əraziyə 8 saat, 14 saat su alan əraziyə 10 saat su verilir. Bəzi ərazilərdə gecə, bəzi ərazilərdə gündüz saatlarında suyun verilməsində fasilələr yaranır. Bu su ehtiyatlarının qənaətlə, səmərəli istifadəsinə yönəlib”.

 

Bəs bu qrafik yay aylarında da davam edəcəkmi?

 

A.Cəbrayıllı suala cavabında deyib: “Hazırda tətbiq olunan qrafikə əvvəllər iyul ayında keçirdik. Ancaq bu il mövcud vəziyyətlə əlaqədar olaraq qrafikin tətbiqinə fevral ayından başladıq.  Bəli, su ehtiyatlarında ciddi artım olmasa, yay aylarında da bu rejim davam etdiriləcək”.



Xəbəri paylaş

99 dəfə oxunub.

Digər xəbərlər