Saytımızı qiymətləndirin


 
 

Mirzoyan Almaniyada Azərbaycandan şikayətləndi
Tarix: 08-02-2023 | Saat: 10:34
Bölmə:Karusel | çapa göndər

Mirzoyan Almaniyada Azərbaycandan şikayətləndi

 

Berlində səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniya kanslerinin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Yens Pletnerlə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Fevralın 7-də keçirilən görüşdə regional təhlükəsizlik və sabitliyin geniş spektri müzakirə olunub. Humanitar problemlərin təcili həlli, eləcə də Laçın dəhlizində yaranmış vəziyyət müzakirə olunub.

Həmsöhbətlər Ermənistan və Almaniya arasında siyasi dialoqun və qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı iki ölkə arasında çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət, o cümlədən Ermənistan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığı məsələləri də nəzərdən keçirilib.

Mirzoyan deyib ki, İrəvan Aİ-nin uzunmüddətli müşahidə missiyasının Ermənistana göndərilməsi qərarını yüksək qiymətləndirir və hesab edir ki, bu, regionda sabitliyin bərqərar olmasına töhfə verə bilər.



Xəbəri paylaş

148 dəfə oxunub.

Digər xəbərlər