Saytımızı qiymətləndirin


 
 

“Vasif Talıbovun oğlunun saxlanılması o deməkdir ki...“ - İlginc versiya
Tarix: 29-12-2022 | Saat: 10:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Vasif Talıbovun oğlunun saxlanılması o deməkdir ki...“ - İlginc versiya

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov müalicə adı ilə ölkəni tərk etmək istəyərkən Naxçıvan Hava Limanında saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib. Hazırda Seymur Talıbova məxsus biznes obyektləri və digər məsələlərlə bağlı istintaq aparılır. Onun milyonlarla manat vəsaiti ölkə hüdudlarından kənara çıxararaq, biznes qurduğu deyilir.

Maraqlıdır, digər məmur-oliqarxlar kimiTalıbovların da qanunsuz yollarla əldə etdikləri vəsaitlər dövlət büdcəsinə qaytarılacaq, yoxsa, bu prosesə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefa verməsi ilə nöqtə qoyulub?

Hər halda Seymur Talıbovun hava limanında saxlanılması prosesin tam başa çatmadığından xəbər verir.

Mövzu ilə bağlı fikirlərini Bakupost.az -a açıqlayan eks-prezident Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımlı vurğulayıb ki, əgər Seymur Talıbov hava limanında saxlanılıb və onun ölkədən çıxışına qadağa qoyulubsa, demək ki, fəaliyyəti barədə ciddi araşdırmalar gedir:

"Bütün qərarlar bu araşdırmanın və istintaqın yekununda ortaya çıxacaq. Əlbəttə ki, hər bir kəs - istər məmur, istər hansısa dövlət qulluqçusu olsun, fərq etməz, qanunsuz şəkildə, rüşvət, korrupsiya yolu ilə, tutduğu mövqedəm sui-istifadə edərək, biznes qurub qazanc əldə edibsə, bununla bağlı araşdırma aparılacaq. Doğrudan da, istintaq prosesində məlum olsa ki, qeyri-qanuni yolla qazanc əldə olunub, dövlət əmlakı talanıb, qulluq mövqeyindən sui-istifadə edilərək hansısa güzəştli şərtlərlə biznes qurulub, o zaman əlbəttə ki, bu məsələ ilə bağlı qərar verilə bilər. Ümumiyyətlə, kimliyindən asılı olmayaraq, dövlətdən oğurlanan bütün vəsait geri qaytarılmalıdır. Bu baxımdan Talıbovların bundan sonraki taleyi ilə bağlı məsələyə istintaq aydınlıq gətirəcək. Bizim hansısa ehtimallar irəli sürməyimiz doğru olmaz".



Xəbəri paylaş

1146 dəfə oxunub.

Digər xəbərlər