“Moskva Vaşinqtonu Kiyevə verilən silahların, o cümlədən “Patriot” raketdən müdafiə sistemlərinin Rusiya ordusu üçün legitim hədəfə çevriləcəyi ilə bağlı xəbərdarlıqlara əməl etməyə çağırır”.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Ölkə rəsmisi bu silahların və ya sistemlərin Ukraynaya göndəriləcəyi təqdirdə rus ordusunun “legitim hədəf”i olacağını söyləyib.
“Amerikanın birbaşa hərbi yardımının həcminin artması, aylarla hazırlıq tələb edən bu cür mürəkkəb silahların ötürülməsi, o cümlədən ABŞ hərbçilərinin yerdə olmasını nəzərə alsaq, bütün sonrakı nəticələrlə birlikdə ABŞ hərbçilərinin hərbi əməliyyatlara cəlb olunması anlamına gələcək”, - diplomat bildirib.
Bundan əvvəl CNN ABŞ-ın rəsmi mənbələrinə istinadən məlumat yayıb ki, Vaşinqton Ukraynaya “Patriot” sistemlərinin tədarükü planlarını yekunlaşdırır. Qərar yaxın günlərdə elan edilə bilər. Öz növbəsində, Pentaqonun sözçüsü Patrik Rayder deyib ki, bu sistemlərin Ukraynaya tədarükü ilə bağlı hələlik heç nə deyə bilməz.(Teleqraf.com)
Saytımızı qiymətləndirin
Zaxarova hədələdi: “Göndərilsə, vuracağıq”
Tarix: 15-12-2022 | Saat: 16:57
Bölmə:Karusel / Siyasət | çapa göndər
1209 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-12-2022 | Saat: 16:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Digər xəbərlər
21-12-2020, 14:06
Gələn il büdcədən Milli Onkologiya Mərkəzinə 45,6 milyon, Milli Oftalmologiya Mərkəzinə isə 8,2 milyon manat ayrılması nəzərdə tutulur
5-08-2022, 22:08
Rusiya və Türkiyə liderləri Suriyada terrora qarşı mübarizədə həmrəy olduqlarını təsdiqləyiblər
4-04-2022, 16:00
Prezident Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdan danışıb
6-06-2023, 12:45
Yol hərəkəti ilə bağlı şok cərimələr gəlir – TAM SİYAHI
27-10-2020, 10:31
“Ermənistanda Rusiyanın MiQ-29, Su-30 təyyarəsi var”
10-08-2022, 10:05
Azərbaycanda bu universitet publik hüquqi şəxsə çevrildi
3-04-2023, 15:50
Finlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq
21-05-2022, 15:02
Yayda meymun çiçəyinə yoluxma arta bilər - ÜST
Bu gün, 14:20“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Bu gün, 14:04Türkiyə Ukraynaya “Korkut” zenit kompleksləri verib
Bu gün, 13:46Gürcüstandan 107 qanunsuz miqrant deportasiya edilib
Bu gün, 07:26Topu azarkeşin üzünə vurdu - Diskvalifikasiya olundu
Bu gün, 07:24Polkovnik Əflatun Məmmədov həbs edildi

















