“Moskva Vaşinqtonu Kiyevə verilən silahların, o cümlədən “Patriot” raketdən müdafiə sistemlərinin Rusiya ordusu üçün legitim hədəfə çevriləcəyi ilə bağlı xəbərdarlıqlara əməl etməyə çağırır”.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Ölkə rəsmisi bu silahların və ya sistemlərin Ukraynaya göndəriləcəyi təqdirdə rus ordusunun “legitim hədəf”i olacağını söyləyib.
“Amerikanın birbaşa hərbi yardımının həcminin artması, aylarla hazırlıq tələb edən bu cür mürəkkəb silahların ötürülməsi, o cümlədən ABŞ hərbçilərinin yerdə olmasını nəzərə alsaq, bütün sonrakı nəticələrlə birlikdə ABŞ hərbçilərinin hərbi əməliyyatlara cəlb olunması anlamına gələcək”, - diplomat bildirib.
Bundan əvvəl CNN ABŞ-ın rəsmi mənbələrinə istinadən məlumat yayıb ki, Vaşinqton Ukraynaya “Patriot” sistemlərinin tədarükü planlarını yekunlaşdırır. Qərar yaxın günlərdə elan edilə bilər. Öz növbəsində, Pentaqonun sözçüsü Patrik Rayder deyib ki, bu sistemlərin Ukraynaya tədarükü ilə bağlı hələlik heç nə deyə bilməz.(Teleqraf.com)