Saytımızı qiymətləndirin


 
 

Müsavat Partiyası Brüssel görüşünü müsbət hadisə hesab edir
Tarix: 07-04-2022 | Saat: 14:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Azərbaycan-Ermənistan sülh danışıqlarının Moskvada yox, Brüsseldə davam etməsi müsbət hadisədir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı liderlərin Brüssel görüşünə münasibət bildirərkən deyib.

 

“Biz hesab edirik ki, sülh danışıqları bundan sonra da bu formatda və ya ikitərəfli qaydada Bakının irəli sürdüyü baza prinsipləri əsasında davam etdirilməli, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır.

 

Bu müqaviləyə əsasən tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməli, Azərbaycan dövləti Yuxarı Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinə təminat verməlidir.

 

Əgər digər tərəf təhlükəsizlik üçün beynəlxalq təminat tələb edərsə, bu təminatı iki NATO dövləti, Azərbaycan tərəfdən Türkiyə, Ermənistan tərəfdən Fransa öz üzərinə götürə bilər”.

 

A.Hacılının fikrincə, indiki mərhələdə münaqişənin həlli, regionda davamlı sülhün təmin olunması, xarici silahlı qüvvələrin ərazilərimizdən və Cənubi Qafqazdan çıxarılması “Müsavat”ın doğru, həm də mümkün hesab etdiyi yol xəritəsidir.



Xəbəri paylaş

357 dəfə oxunub.

Digər xəbərlər