Saytımızı qiymətləndirin


 
 

Deputat ABŞ, İran və Avropa ölkələrinin vətəndaşları üçün viza rejiminin ləğv olunmasını təklif edib
Tarix: 02-12-2025 | Saat: 12:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qüdrət Həsənquliyev, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

 

Azərbaycanın turizmin inkişafı üçün ABŞ, İran və Avropa ölkələrinin vətəndaşları üçün viza rejimini ləğv etməsi təklif olunub.

Qarabaginfo.az xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxış edib.

“Bu il Azərbaycana gələn turistlərin sayı keçən illə müqayisədə 1,7% azalıb. Məsələn, Avropadan gələn turistlərin sayı 21.7% azalıb, Mərkəzi Avropadan gələn turistlərin sayında isə 10% azalma baş verir. Amma qonşu Gürcüstanda ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə turistlərin sayında 6,6% artım olub. Azərbaycana 2 171 000 turist gəlibsə, bizdən çox kiçik Gürcüstana 4 307 000 turist gəlib.

Azərbaycan ABŞ, İran və Avropa ölkələrinin vətəndaşları üçün viza rejimini aradan qaldırmalıdır. Eyni zamanda Azərbaycanda araşdırma aparılmalıdır ki, niyə turistlər ölkəmizə gəlməkdən imtina edir? Bu, daha çox həm də bizdə bu xidmətlərin qiymətinin artması ilə bağlıdır. Təyyarə biletləri bahadır, ümumiyyətlə, ictimai iaşə obyektlərində qiymətlər həddindən artıq bahadır və ucuz hotellər Azərbaycanda yoxdur. Bu, turistlərin sayına birbaşa təsir edir”, - deyə Qüdrət Həsənquliyev vurğulayıb.



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər