Saytımızı qiymətləndirin


 
 

Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər
Tarix: 16-07-2020 | Saat: 18:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında aksiya keçirilir.

Qarabaginfo. az-a xəbər verir ki, Gürcüstan azərbaycanlılarının təşkil etdiyi aksiya Azərbaycana dəstək məqsədi daşıyır.

Aksiyada son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi hücumlar və təxribatlar pislənilib.

Soydaşlarımız Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildiriblər. Onlar Ermənistanı təcavüzə və təxribatçı əməllərə son qoymağa çağırıblar.

Dəstək aksiyasına Azərbaycanla sərhədə yaxın kəndlər və Gürcüstanın digər bölgələrindən olan azərbaycanlılar qatılıblar.   

 



Xəbəri paylaş

358 dəfə oxunub.

Digər xəbərlər