Saytımızı qiymətləndirin


 
 

Blinken İran üzərində qələbəyə belə sevindi - Fotolar
Tarix: 30-11-2022 | Saat: 11:27
Bölmə:Karusel | çapa göndər

Blinken İran üzərində qələbəyə belə sevindi

 

ABŞ-nin Azərbaycandakı səfirliyi ötən gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatında ABŞ yığmasının İran milli komandası üzərində qələbəsi ilə bağlı paylaşım edib. 

Qarabaginfo.az xəbər verir ki, paylaşımda qələbə münasibətilə milli komandaya təşəkkür edilib: “ABŞ-nin futbol millisi bu gün bizi qürurlandırdı. Möhtəşəm qələbə münasibətilə təbrik edirik. Dostlarımız, ailələrimiz və bütün dünyada olan pərəstişkarlarımız gözəl oyun göstərən komandanı alqışlayır. 1/8 finalda uğurlar. ABŞ komandası, irəli!”

Qeyd edək ki, qələbəni qeyd edənlər arasında ABŞ Dövlət katibi Entoni Blinken, Böyük Britaniyanın və Ukraynanın xarici işlər nazirləri Ceyms Kleverli və Dmitri Kuleba da olub.

Xatırlıadaq ki, ABŞ millisi İranı 1:0 hesabı ilə məğlub edərək 1/8 mərhələsinə yüksəlib. 

 



 



Xəbəri paylaş

130 dəfə oxunub.

Digər xəbərlər