Saytımızı qiymətləndirin


 
 

AMEA-da "Böyük Qayıdışa" dair komissiya yaradılıb
Tarix: 23-11-2022 | Saat: 10:48
Bölmə:Karusel | çapa göndər

AMEA-da "Böyük Qayıdışa" dair komissiya yaradılıb

Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan Qarabaginfo.az-a verilən xəbərə görə, iclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Akademiyanın elmi müəssisə və təşkilatlarının baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib.

İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli Sərəncamının icrası barədə olub.

Daha sonra Rəyasət Heyətinin qərarı ilə Böyük Qayıdışa dair I Dövlət Proqramında AMEA-nın üzərinə düşən vəzifələrdən irəli gələrək Tədbirlər planının hazırlanması məqsədilə akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.



Xəbəri paylaş

125 dəfə oxunub.

Digər xəbərlər