Saytımızı qiymətləndirin


 
 

TÜRKPA-nın Baş katibi Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayıb
Tarix: 15-07-2020 | Saat: 00:02
Bölmə:Karusel / Dünya | çapa göndər

 

TÜRKPA-nın Baş katibi Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayıb

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov mülki əhalinin də ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayıb. 

Qarabaginfo.az-ın məlumata görə, Baş katib qeyd edib ki, TÜRKPA-nın bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi, Parlament Assambleyasının üzv ölkələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qısa bir zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.  

Baş katib son hadisələr zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlı diləyib. APA



Xəbəri paylaş

377 dəfə oxunub.

Digər xəbərlər