Saytımızı qiymətləndirin


 
 

Azərbaycanla Gürcüstan arasında sərhəd-buraxılış məntəqələri müəyyənləşdi - Siyahı
Tarix: 05-04-2022 | Saat: 15:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanla Gürcüstan arasında sərhəd-buraxılış məntəqələri müəyyənləşdi

Azərbaycanla Gürcüstan arasında sərhəd keçid məntəqələri müəyyən edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumat bu gün parlamentin plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, həmin buraxılış məntəqələri aşağıdakılardır:

1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün Dəmiryolu “Böyük-Kəsik(Azərbaycan) - Qardabani (Gürcüstan); Avtomobil

- “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan);

- “Mazımqara” (Azərbaycan) – “Tsodna” (Gürcüstan).

2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri

“İpəkyolu” (Azərbaycan) – “Abreşumis Qza” (Gürcüstan);

3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün piyadalar üçün avtomobil yolu

“Sadaxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan)

4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan

21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək piyadalar üçün avtomobil yolu

“Muğanlı” (Azərbaycan) – “Samtatskaro” (Gürcüstan).

Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vasitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.

Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.



Xəbəri paylaş

215 dəfə oxunub.

Digər xəbərlər
24-07-2020, 13:55 Sabahın hava proqnozu