Saytımızı qiymətləndirin


 
 

Elmar Vəliyevin qardaşına qarşı 1 milyonluq dələduzluq
Tarix: 15-02-2022 | Saat: 12:40
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Elmar Vəliyevin qardaşına qarşı 1 milyonluq dələduzluq

 

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin qardaşı, "Azneftemash" zavodunun prezidenti Şahmar Vəliyevə qarşı külli miqdarda dələduzluq edilib.

Qarabaginfo.az xəbər verir ki, Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, tanışı Cəfər Əliyev iş adamı Şahmar Vəliyevdən biznes qurmaq adı ilə 1 milyon manata yaxın pul alıb.

O, İrandan boru gətizdirib Azərbaycanda satacaqlarını və yaxşı gəlir əldə edəcəklərini vəd edib. Lakin onun vədinə əməl etməyərək aldığı 986 min manat pulu mənimsədiyi deyilir. 

Faktla bağlı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanıb.

Cəfər Əliyev təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd edək ki, cinayət işi üzrə Şahmar Vəliyevdən başqa daha 4 zərərçəkmiş var. Zərərçəkmişlərə vurulan ümumi ziyanın miqdarı 1,8 milyon manata yaxındır.



Xəbəri paylaş

416 dəfə oxunub.

Digər xəbərlər