Saytımızı qiymətləndirin


 
 

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Zərifə Əliyevanın məzarını ziyarət ediblər
Tarix: 28-04-2023 | Saat: 23:08
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Zərifə Əliyevanın məzarını ziyarət ediblər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyaraq, dualar edərək əziz xatirəsini ehtiramla anıblar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

 



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər