Saytımızı qiymətləndirin


 
 

Ermənistan ordusunda qadın problemi...
Tarix: 01-02-2022 | Saat: 13:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan Silahlı Qüvvələrində qadın zabitlərlərin sayı azlıq təşkil edir, ailə quran qadınlara hərbi xidmət stajına görə güzəştlər edilmir.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ermənistan ombudsman aparatından deyilir.

 

O, həmçinin, hərbi xidməti davam etdirmək üçün uşağa 3 yaşına çatana qədər qulluğa görə məzuniyyət götürməyən qadınlara hər hansı güzəştlərin olmamasına etiraz edib.

 

Digər ölkələrdə olduğu kimi hamilə qadınlara xüsusi formanın verilməməsi, qadınların xidmət keçə biləcəyi hərbi ixtisaslar üzrə hüquqi aktların olmaması və hər iki üzvü hərbçi olan ailələrin eyni hərbi hissədə xidmət keçməsi üçün şəraitin yaradılmaması qanunvericilikdəki boşluqla əlaqələndirilib.

 

Qeyd edək ki, Ommudsman aparatı bu məsələlərlə bağlı təklifləri parlamentə və Müdafiə Nazirliyinə ünvanlayacaq.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər