İstixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Tarix: 24-04-2022 | Saat: 09:05
Bölmə:Karusel / Kriminal | çapa göndər
1327 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-04-2022 | Saat: 09:05
Bölmə:Karusel / Kriminal | çapa göndər
İstixanada narkotik tərkibli bitkilər yetişdirən Saatlı rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Mollavaizli kənd sakini Qismət Rustamov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 30 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı Q.Rustamov qanunsuz əməllə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbəri paylaş
Digər xəbərlər
13-01-2022, 12:40
Taxıl təminatı ilə bağlı yeni strategiya HAZIRLANIR
30-03-2022, 06:44
Ermənistanın fövqəladə hallar naziri korrupsiyada şübhəli bilinir
11-01-2026, 18:30
KİV: İranda etirazçılar repressiyalara baxmayaraq geri çəkilmir
16-08-2022, 15:17
Bakıda evin damında meyit tapıldı
24-11-2023, 10:37
Qaribaşvili Bakıya səfərə yola düşüb
17-08-2024, 11:13
Nyu-York birjasında təbii qaz 3%-dən çox ucuzlaşıb















