Tarix: 01-12-2021 | Saat: 19:56
Bölmə:Karusel / Region | çapa göndər
“Şuşa yaxınlığında yerləşən mövqelərdən erməni bayraqlarının götürülməsini Azərbaycana xidmətə hazırlığın ifadəsi kimi şərh etmək olar”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə erməni deputat Metakse Akopyan deyib.
“Belə hadisələr artıq bizim üçün sürpriz və təəccüblü deyil. İki ay əvvəl bu mövqelərə baş çəkmişdim və bayraqlar orada idi. Biz belə xəbərlərə təəccüblənməməyə öyrəşməliydik. Şuşa yaxınlığındakı erməni mövqelərindən bayraqların götürülməsini Azərbaycana xidmətə hazırlığın ifadəsi kimi şərh etmək olar. Çünki 44 günlük müharibənin başlamasından bir neçə gün sonra “Artsax” rəhbərinin (qondarma rejim nəzərdə tutulur –red) iqamətgahından bayraq götürülüb” – deyə erməni deputat bildirib.
Metakse Akopyanın sözlərinə görə, onlar bayrağı öz yerinə qaytarmağı tələb etdikdə, rəhbərlik bunun təhlükəsizlik məqsədilə edildiyini vurğulayıb:
“Dedilər ki, azərbaycanlılar guya bayraq istiqamətində atəş açır. Amma bu əlbəttə ki, belə deyil. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra “Artsax” rəhbərini bayraqsız qəbul etdiyini görmüşük. Yəni Paşinyan bununla “Artsax” rəhbərinin onun tabeliyində olduğunu göstərmək istəyirdi. Artıq sirr deyil ki, bu insanlar bir-biri ilə əməkdaşlıq aparırlar və qarşı tərəfdən onlara deyilən hər şeyi edəcəklər” – Akopyan fikirlərini tamamlayıb.(Konkret.az)
Digər xəbərlər