Ana Sayfa > Karusel / Dünya > TÜRKPA-nın Baş katibi Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayıb
TÜRKPA-nın Baş katibi Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayıb15-07-2020, 00:02. Yazar: Admin |
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov mülki əhalinin də ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayıb. Qarabaginfo.az-ın məlumata görə, Baş katib qeyd edib ki, TÜRKPA-nın bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi, Parlament Assambleyasının üzv ölkələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qısa bir zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir. Baş katib son hadisələr zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlı diləyib. APA Geri dön |