Saytımızı qiymətləndirin


 
 

Zəngilan istiqamətindən Azərbaycana narkotikin keçirilməsinin qarşısı alındı - FOTO
Tarix: 23-02-2022 | Saat: 12:04
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

İrandan Azərbaycana 5 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, fevral ayının 20-də saat 00:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozul­masına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində ərazidə sahibsiz halda aşkarlanan bir ədəd ağ rəngli bağlamanın içərisində ümumi çəkisi 5 kiloqram 320 qram narkotik vasitəyə (4 kiloqram 795 qram marixuana və 525 qram metamfetamin) bənzər maddələr aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 



Xəbəri paylaş

237 dəfə oxunub.

Digər xəbərlər