Saytımızı qiymətləndirin


 
 

Hikmət Babaoğlu: “Hələ də araşdırmalarda Azərbaycanın apardığı müharibəyə istinad edilir”
Tarix: 23-03-2022 | Saat: 19:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Hazırda Avropada baş verən Rusiya-Ukrayna müharibəsi kontekstində dünya mətbuatının diqqəti yenidən 44 günlük müharibəyə çəkməsi heç də təsadüfi deyil”.

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, bu günlərdə “Vaşinqton Post” və “Vice” kimi media qurumlarında çıxan təhlili məqalələrdə Azərbaycanın Vətən müharibəsində Ermənistana qarşı necə savaşmasına toxunulur və məqalənin bir bölümü xüsusi olaraq bu mövzuya həsr edilir: “Müəlliflərin gəldiyi analitik nəticəni şərh edərkən belə qənaətə gəlmək olur ki, doğurdan da Azərbaycan 21-ci əsrin müharibəsini aparmaqla tamamilə yeni standartlar yarada bilib. Bu standartlar nəticəsində dünya hərb tarixində müharibələrin qədərini təyin edən ağır texnikalara, xüsusən tanklara yeni yanaşma formalaşıb. Azərbaycan təcrübəsi sübut edib ki, ən yeni hərbi sənaye məhsulları bu ağır döyüş maşınlarının köhnə statusunu bir növ əlindən alıb. Artıq onlar savaşlarda əsas söz sahibi olmaqdan çıxıblar. “Vaşinqton Post”-da qeyd edilib ki, Azərbaycan Ordusunun tətbiq etdiyi yeni texniki vasitələr, xüsusilə “Bayraktar”-lar , “Harop”-lar və digər pilotsuz uşuş aparatları Ermənistan ordusunun ağır texnikalarının 47 faizini qısa müddətdə məhv edib. Doğrudur, müəllif gerçəkliyi axıra qədər ifadə etmir. Çünki Azərbaycan 44 gün ərzində işğalçı ölkənin bütün növ ağır texnikalarının 80 faizindən çoxunu sıradan çıxarmağa nail olmuşdu. Ancaq yenə də fakt faktlığında qalır və natamam olsa da, etiraf edilir. Bu isə Azərbaycanın necə böyük məharətlə müasir dünyanın yeni hərb tarixini yazmasının etirafıdır”.

Deputat qeyd edib ki, Azərbaycan Ordusunun yaratdığı nümunə hazırda dünyanın ən aparıcı hərbi akademiyalarında, eyni zamanda Baş qərargahlarında öyrənilir: “Gəlinən qənaətlər isə ondan ibarətdir ki, birincisi, 21-ci əsrin ən yeni hərbi vasitələri tankları və digər ağır texnikaları savaşın nəticəsini təyin edən strateji faktor olmaqdan çıxarıb. İkincisi, Avropadakı yeni müharibə nəticəsində ortaya çıxan həqiqət ondan ibarətdir ki, yeni pilotsuz uçuş aparatlarının əldə olunması nə qədər əhəmiyyətlidirsə, onu döyüş meydanında tətbiq etmək ustalığı ondan da əhəmiyyətlidir. Yəni silahın peşəkarcasına istifadə edilməsi, hədəflərin sıradan çıxarılması strategiyasının düzgün müəyyən edilməsi də ən əsas məsələlərdən biridir. Əslində burada şəxsi heyətin professionallığı ilə müasir silahların tətbiqi komplimentarlıq təşkil etməli, biri digərini tamamlamalıdır. Azərbaycan nümunəsində bunların hamısı var idi. İndi Vətən müharibəmizin bitməsindən bir il yarımdan çox vaxt keçməsin baxmayaraq, hələ də dünyada, o cümlədən Qərbdə mütəxəssislər və jurnalistlər tərəfindən aparılan araşdırmalarda müqayisə üçün yenidən Azərbaycan Ordusunun apardığı müharibəyə istinad edilməsi doğurdan da ordumuzun dünya hərb tarixini öz təcrübəsilə yenidən yaza bildiyinin göstəricisidir”.



Xəbəri paylaş

1280 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır