Saytımızı qiymətləndirin


 
 

AMEA-da qalmaqal BÖYÜYÜR - İsa Həbibbəyli Kərim Şükürovla görüşəcək
Tarix: 20-01-2022 | Saat: 14:38
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

"Sosial şəbəkələrdə AMEA və Tarix İnstitutu arasında baş verən hadisə haqqında yayılan məlumatlar tam olaraq reallığı əks etdirmir".

 

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Modern.az -a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik, deputat İsa Həbibbəyli deyib.

 

O, sabah baş verənlərlə bağlı Tarix İnstitutunun direktoru Kərim Şükürovla görüşəcəyini bildirib:

 

"Konkret sabah məsələ ilə bağlı  Kərim Şükürovla görüşəcəm. Görüş zamanı məsələyə aydınlıq gətirəcəm. Onunla görüşüb məsələni müzakirə etmək istəyirəm. Çünki məsələlər bu şəkildə davam edə bilməz".

 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun fəaliyyətini sərt tənqid etməsi bu elmi müəssisənin baş direktoru Kərim Şükürov tərəfindən etirazla qarşılanıb.

 

Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov sabah istefa verəcəyini bəyan edib.



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər