Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Türkiyənin enerji sahəsinə indiyədək 16 mlrd. dollardan çox investisiya yatırıb
Tarix: 15-12-2020 | Saat: 19:54
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycan Türkiyənin enerji sahəsinə indiyədək 16 mlrd. dollardan çox investisiya yatırıb

Türkiyədən Naxçıvan Muxtar Respublikasına qaz boru xəttinin çəkilişi Azərbaycanla Türkiyənin əlaqələrini daha da genişləndirəcək və gücləndirəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu" imzalanması mərasimində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan qazı Naxçıvana əsasən İran üzərindən qaz mübadiləsi vasitəsilə həyata keçirilir, lakin Azərbaycan qazının Türkiyədən birbaşa Naxçıvana ötürülməsi muxtar respublikanın bundan sonra da öz qaz ehtiyatlarını qarşılamaqda kömək edəcək: "Bu, iki ölkə arasında yeni bir layihədir. Tezliklə onun birbaşa iştirakçıları olan SOCAR və "BOTAŞ" şirkətləri layihəni həyata keçirəcək".

 

Nazir Azərbaycanla Türkiyə arasında olan münasibətlərə toxunaraq bildirib ki, iki ölkə enerji sahəsində qlobal beynəlxalq layihələr həyata keçirib.

"Biz iki ölkə arasında enerji əməkdaşlığı tarixini birlikdə yazmışıq. Azərbaycan müstəqil olduqdan sonra hər zaman, demək olar ki, qlobal enerji layihələrdə Türkiyə ilə yanaşı olub, Türkiyə ilə birlikdə bu layihələri həyata keçirib. Bu layihələr təkcə Azərbaycanın və ya Türkiyənin inkişafına deyil, eyni zamanda bölgənin digər ölkələrinə də müsbət təsirini göstərməkdədir. Azərbaycanla Türkiyənin enerji əməkdaşlığı bu gün gözəl  bir nümunədir", - deyə nazir vurğulayıb.

Qarşılıqlı sərmayələrə gəldikdə, P. Şahbazov bildirib ki, ümumilikdə, Azərbaycan Türkiyəyə 18 mlrd. ABŞ dollarından çox investisiya yatırıb ki, onun da 16 mlrd. dollardan çoxu məhz enerji sahəsinə yatırılıb.

"Eyni zamanda, Türkiyə də Azərbaycanda 13 mlrd. dollardan çox sərmayə yatırıb ki, onun 10 mlrd. dollardan çoxu məhz enerji sahəsinin payına düşüb. İki ölkə arasında mövcud olan müştərək layihələr bundan sonra da Azərbaycanın Türkiyəyə ilə enerji sahəsində əməkdaşlığı perspektivlərini müəyyənləşdirəcək. Düşünürəm, hələ irəlidə bir çox yeni layihələr var ki, biz onları bərabər həyata keçirəcəyik", - deyə P. Şahbazov qeyd edib. APA



Xəbəri paylaş

326 dəfə oxunub.

Digər xəbərlər