Hazırda TRIPP layihəsi çərçivəsində müxtəlif tərəfdaşların iştirakı ilə hazırlıq işləri aparılır.
Qarabaginfo.az bildirir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Naziri David Xudatyan açıqlama verib. Onun sözlərinə görə, tədqiqat və hazırlıq mərhələləri son mərhələdədir.
O xatırladıb ki, Ermənistan və ABŞ xarici işlər nazirləri müvafiq sənədi 2026-cı ilin may ayının sonu və ya iyun ayında imzalayıblar.
“2026-cı ilin ikinci yarısında, payıza və ya qışa yaxın tikinti mərhələsinə keçəcəyik”, – deyə Xudatyan qeyd edib.

















